Qırğızıstanda iki seçki dairəsi üzrə növbədənkənar seçkilər keçiriləcək.
Newscenter.az "Sputnik Qırğızıstan"a istinadən bildirir ki, bununla bağlı prezident Ssdir Japarov sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar seçkilər aprelin 28-də keçiriləcək. Növbədənkənar seçkilərin Batken və Kara-Suu birmandatlı seçki dairələrindən keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, adıçəkilən seçki dairələrindən deputat seçilən İsgəndər Mətraimov və Nurlan Rəcəbəliyev mandatlarına vaxtından əvvəl xitam verilməsi üçün könüllü olaraq Mərkəzi Seçki Komitəsinə ərizə ilə müraciət ediblər.
Mehman Mehdiyev