Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avtomobil istehsalı artıb

Avtomobil istehsalı artıb


Cari ilin ilk aylarında Türkiyədə avtomobil istehsalında artım qeydə alınıb.

Newscenter.az Türkiyənin Avtomobil Sənayesi Birliyinə (OSD) istinadən bildirir ki, 2024-cü ilin yanvar-fevral dövründə ölkədə avtomobil istehsalı 151 min ədədə çatıb.

Avtomobillərin ümumi istehsalı ilin ilk iki ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12 faiz artıb.

Məlumata görə, ilin ilk iki ayında avtomobil ixracı keçən ilin eyni dövrünə görə 4 faiz artaraq 164 min 560 ədədə çatıb. Ümumi avtomobil sənayesi ixracatı 2024-cü ilin ilk iki ayında 14 faiz payla sektorlar üzrə ixrac reytinqlərində birinciliyini qoruyub.

Natiq Orucov
Xəbəri paylaş