Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

6050 fələstinli şagird öldürülüb

6050 fələstinli şagird öldürülüb


İsrailin Qəzzaya qarşı başladığı hərbi əməliyyatlardan indiyə qədər 6050 fələstinli şagird dünyasını dəyişib.

Newscenter.az xəbər verir ki, Fələstinin Təhsil Nazirliyi bu barədə məlumat yayıb. Bildirilib ki, İsrailin Qəzza zolağına qarşı müharibəyə başladığı 7 oktyabrdan bu günə qədər 10219 şagird isə yaralanıb.

Təkcə Qəzza zolağında 5 min 994, İordan çayının qərb sahilində isə 56 şagird ölüb. Bundan başqa 105 şagirdin də nəzarətə alındığı qeyd edilib.

Açıqlamada həmçinin bildirilir ki, bu müddət ərzində Qəzza zolağında 266 müəllim öldürülüb, 973 müəllim isə yaralanıb. İordan çayının qərb sahilində 6 müəllimin yaralandığı, 73 müəllimin isə nəzarətə alındığı bildirilib.


Mehman Mehdiyev
Xəbəri paylaş