Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çindən bir ilk

Çindən bir ilk


Çindən bir ilk yaşanıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu ölkədə pilotsuz nəqliyyat vasitələri üçün gəmilər inşa edilir.

Peyk fotoşəkillərinə əsaslanan təhlillərə görə, Pekin administrasiyasının yeni məqsədi sabit qanadlı pilotsuz uçuş aparatlarını dəniz platformasında daşımaqdır. Türkiyə, ABŞ, İran və Böyük Britaniya kimi dünya ölkələri öz dəniz gəmilərinə pilotsuz uçuş aparatlarının endirilməsi üzərində işləyirlər. Ancaq belə görünür ki, yalnız bu məqsədlə istehsal edilən ilk gəmi Çin bayraqlı olacaq.

Qeyd edək ki, Çinin dəniz qüvvələri yaratmaq imkanları Qərbdəki rəqiblərini, xüsusən də ABŞ-ı narahat edir. Bu yaxınlarda dəniz sınaqlarına başlayan TYPE 03 sinfindən olan Fujian adlı təyyarədaşıyan gəmi də onlardan biridir.

Fuad Hüseynzadə
Xəbəri paylaş