Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş dünyadakı böhranların həlli üçün sammit çağırmalıdır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Vaşinqtondakı Amerika Universitetinin Nüvə Tədqiqatları İnstitutunun direktoru, professor Piter Kuznik deyib. O bildirib ki, hazırda dünyadakı mövcud vəziyyət Birinci Dünya Müharibəsindən əvvəlki dövrə bənzəyir.
Kuznik bütün bu böhranları yumşaltmağa çalışmaq üçün beynəlxalq sammitin keçirilməsinin zəruriliyinə işarə edib:
“Mən Quterreşi paradoksal milli maraqlardan daha çox planetin müdafiəsi ilə məşğul olan azsaylı liderlərdən biri kimi bu ideyanın reallığa çevrilməsində liderlik etməyə çağırıram”.
Fuad Hüseynzadə