Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi “Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi xarici mediada” adlı layihənin icrasına başlayıb.
Newscenter.az xəbər verir ki, layihənin məqsədi Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq, yenidənqurna və bərpa işləri, soydaşlarımızın azad edilən torpaqlarımıza qayıdışı, eləcə də Ermənistanın mina terroru, işğal siyasəti nəticəsində Azərbaycana dəyən mənəvi və maddi ziyanla bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, Ermənistanın etnik təmizləmə siyasətini ifşa etməkdir.
3 ay (01.06.2024-31.08.2024) müddətində həyata keçiriləcək layihə çərçivəsində mövzu ilə bağlı Rusiya, Pakistan, İran, Ukrayna, Misir, Türkiyə, Qırğızıstan, Gürcüstan mediasında 16 məqalənin dərci nəzərdə tutulub.
Nərgiz Əzizova