Qərb Rusiya-Ukrayna müharibəsində birincinin qaçılmaz qələbəsinin qarşısını almaq üçün nüvə müharibəsinə getməyə hazırdır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Vaşinqtondakı Amerika Universitetinin Nüvə Tədqiqatları İnstitutunun direktoru, professor Piter Kuznik deyib. Kuznik hesab edir ki, nüvə müharibəsi artıq qaçılmazdır:
"Ukrayna qoşunları tükənib, ciddi şəkildə sayca azalır və silahsızdır. Onların mənəvi-psixoloji durumu çökür. Çarəsiz Qərb Rusiyanın Ukraynada qələbəsinin qarşısını almaq üçün nüvə müharibəsi və virtual məhv olmaq riskinə hazırdır".
Onun sözlərinə görə, Qərb Rusiya hakimiyyətinin “nüvə silahından istifadə ilə bağlı blef” etdiyinə inanır:
“NATO ilə Rusiya qüvvələri arasında birbaşa hərbi döyüşə yaxınlaşdıqca, bu, təhlükə getdikcə aktuallaşır".
Mehman Mehdiyev