Amerikanın nüfuzlu “The Washington Post” qəzetinin rəhbərliyində dəyişiklik olacaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, qəzetin baş redaktoru Sally Buzbee öz vəzifəsini tərk edəcək. Onun yerinə əvvəllər The Wall Street Journal-ın baş redaktoru olmuş Mett Murray keçəcək.
Qeyd edək ki, Sally Buzbee “The Washington Post” qəzetində baş redaktor vəzifəsinə 2021-ci ildə başlayıb. O, sözügedən qəzetinin ilk qadın baş redaktoru oldu. Buzbinin gedişinin səbəbi açıqlanmayıb.
Cari ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra isə Metr Murreyi Teleqraf Media Qrupundan Robert Vinnet əvəz edəcək.
Fuad Hüseynzadə