Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə ən yüksək ixracat rekorduna imza atıb

Türkiyə ən yüksək ixracat rekorduna imza atıb


Türkiyə keçən ay ən yüksək ixrac rekordunu imza atıb.

Newscenter.az Türkiyənin Tucarət Nazirliyinə istinadən bildirir ki, may ayında ixracat 24 milyard 75 milyon dollarla çatıb. Bu göstərici bütün zamanların ən yüksək göstəricisi hesab edilir.

May ayında qeydə alınan ixracat keçən ilin eyni ayına görə 11,4 faiz artıq olub. Ümumilikdə illik ixracat isə əvvəlki ilə nisbətən 2,3 faiz artaraq 260,1 milyard dollar təşkil edib.

İdxalatda isə azalma tendensiyası may ayında da davam edib. May ayında idxal illik göstəricidə 10,3 faiz (3,5 milyard dollar) azalaraq 30 milyard 593 milyon dollar olub.

Natiq Orucov
Xəbəri paylaş