Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Yeni Qarabağnamə-Qarabağ Azərbaycandır" adlı kitabının Şuşada təqdimat mərasimi keçiriləcək

"Yeni Qarabağnamə-Qarabağ Azərbaycandır" adlı kitabının Şuşada təqdimat mərasimi keçiriləcək


Bir sıra tarixi əsərlər müəllifi, hüquq üzrə fəlsəfə doktoru, sabiq millət vəkili Cahangir Hüseynovun "Yeni Qarabağnamə-Qarabağ Azərbaycandır" adlı kitabının Şuşa şəhərində təqdimat mərasimi keçiriləcək.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı müəllif özü verib. Bildirib ki, hazırda təqdimat mərasimin keçiriləcəyi tarix dəqiqləşdirilir.

Qeyd edək ki, Qarabağla bağlı tarixi faktlar, reallıqların əks olunduğu kitab Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərinə həsr edilib. "Yeni Qarabağnamə-Qarabağ Azərbaycandır" kitabı Qarabağla bağlı bütün gerçəklikləri özündə əks etdirib.

Süleyman
Xəbəri paylaş