Türkiyədə cari ilin ilk 5 ayında avtomobil və yüngül ticari vasitələrin satışları artıb.
Newscenter.az Avtomobil Distribyutorları və Mobility Dərnəyinə (ODMD) istinadən bildirir ki, yanvar-may dövründə illik göstəricidə 6 faiz artımla satış 471 min 743 ədədə çatıb.
Keçən ay cəmi satışlar 2023-cü ilin eyni dövrünə görə 10,1 faiz azalaraq 100 min 305 ədəd olub.
Hesabat dövründə yüngül ticari avtomobil satışları isə 7,9 faiz azalaraq 96 min 646 ədəd olub.
Natiq Orucov