İran Avrasiya İqtisadi İttifaqında müşahidəçi statusunu almaqda maraqlıdır.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Tehran bununla bağlı müvafiq məlumat göndərib,
Aİİ-nin idarə heyətinin sədri Bakıtjan Saqintayev bildirib ki, İranın müşahidəçi statusu məsələsinə müəyyən edilmiş qaydada baxılacaq.
Saqintayev ittifaqa üzv ölkələr arasında dəmir yolu yükdaşımalarının rəqəmsallaşdırılması istiqamətində işlərin davam etdiriləcəyini də deyib. Qeyd edib ki, Aİİ “Dostık – Brest-Şimal” və “Altınkol – Brest-Şimal” marşrutları üzrə elektron gömrük tranzitinin tətbiqi üzrə pilot layihənin icrasına başlanıb. Bundan başqa, Rusiya və Çin arasında dəmir yolu ilə yük daşımalarının rəqəmsallaşdırılmasına dair sazişlər hazırlığın son mərhələsindədir.
Fuad Hüseynzadə