Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclis sədrinin müavini Adil Əliyev gənclərlə görüşüb

Milli Məclis sədrinin müavini Adil Əliyev gənclərlə görüşüb


İyunun 4-də Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev "Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək" İctimai Birliyinin təşkil etdiyi “Liderlik Akademiyası”nın iştirakçıları ilə görüşüb.

Newscenter.az xəbər verir ki, gəncləri Milli Məclisdə görməkdən məmnunluğunu ifadə edən Adil Əliyev ali qanunvericilik orqanının fəaliyyəti barədə geniş məlumat verib. Bildirilib ki, parlament qanunvericilik sahəsində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Bununla yanaşı, Milli Məclis xarici ölkələrin parlamentləri, beynəlxalq parlament təşkilatları ilə səmərəli əməkdaşlıq edir. Qeyd olunub ki, Milli Məclisin deputatları vətəndaşlarla sıx təmasda olur, seçicilərlə görüşür, onları narahat edən məsələlərin həlli ilə bağlı zəruri tədbirlər həyata keçirirlər.

Prezident İlham Əliyevin bu il fevralın 7-də xalqımızın yekdil iradəsi ilə yenidən Prezident vəzifəsinə seçildiyini vurğulayan Milli Məclis sədrinin müavini cənab İlham Əliyevin fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində siyasi xəttimizin əsas cizgilərinin müəyyənləşdirdiyini qeyd edib. Diqqətə çatdırılıb ki, gənclər siyasətinin də yer aldığı proqram xarakterli çıxışda dövlətimizin başçısı gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi, onların vətənpərvərlik ruhunda formalaşmasının önəmini xüsusi qeyd edib.

Vitse-spiker Azərbaycan gəncliyi ilə bağlı dövlət proqramlarının, habelə gənclərin inkişaf strategiyasının, eləcə də xaricdə təhsillə bağlı müxtəlif layihələrin qəbul edilərək uğurla icra olunduğunu söyləyib. O, bildirib ki, ölkəmizdə gənclərlə bağlı məşğulluq tədbirləri genişlənir, gənclərin ictimai həyatda fəallığının artırılması istiqamətində əhəmiyyətli addımlar atılır.

Adil Əliyev Azərbaycanın 44 günlük Vətən Müharibəsində gənclərimizin göstərdiyi şücaətdən bəhs edərək, əldə edilən tarixi Zəfərin bir daha Azərbaycan xalqının əyilməz ruhunu nümayiş etdirdiyini, Vətən sevgisi ilə yetişən gənclərin torpaqlarımızın azadlığı uğrunda canlarından keçməyə hazır olduğunu vurğulayıb.

Görüşdə çıxış edən “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili “Liderlik Akademiyası” haqqında ətraflı məlumat verib. O, bildirib ki, “Liderlik Akademiyası” uşaqların öz iştirakı ilə onların həyatında dönüş yaratmağa, gənc nəslin hərtərəfli formalaşmasına, gənclərin dünyagörüşünün zənginləşməsinə, onlarda liderlik xüsusiyyətlərinin inkişafına xidmət edir.

Tədbirin sonunda məktəb direktorları diplomlarla təltif olunub, tələbələrə sertifikatlar təqdim edilib.

Süleyman
Xəbəri paylaş