Türkiyə buğda unu ixracatında dünyada birincidir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına görə, Türkiyə bitkiçilik məhsulları istehsalında dünyada 12-ci, tərəvəz istehsalında 4-cü, meyvə istehsalında isə dünyada 6-cı yerdədir.
Newscenter.az xəbər verir ki, bu barədə məlumat Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin açıqlamasında yer alıb.
Məlumatda qeyd edilib ki, Türkiyə fındıq, gilas, əncir, ərik, heyva və keçiboynuzu istehsalına görə dünyada birinci yerdədir. Bostan, qarpız, xiyar, pırasa, zeytun, mandarin və alma istehsalına görə isə dünyada ikinci yerdədir.
2002-ci ildə 3,8 milyard dollar olan kənd təsərrüfatı və ərzaq məhsulları ixracatı 2023-cü ildə isə 6 milyard dollara çatıb.