Türkiyədə Qəzzada atəşkəsin əldə edilməsi üçün Çinlə paralel şəkildə işləməyə davam edəcək.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Çinin iki dövlətli həllə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyən Fidan, "Çininsülh konfransı çağırışı son dərəcə əhəmiyyətlidir. Qəzzada atəşkəs üçün Çin ilə işləməyə davam edəcəyik",-deyə bildirib.
Hakan Fidan deyib ki, Çin və Türkiyə Asiyanın iki qədim sivilizasiyasıdır, Asiyanın hərəkətverici mühərrikidir:
"İkitərəfli əlaqələr prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Çin liderinin baxışlarına uyğun olaraq inkişaf edir. Türkiyə və Çinin mövqeyi bir çox sahələrdə üst-üstə düşür, yaxşı münasibətlər öz töhfəsini verir. Biz birlikdə qlobal rifah və sabitliyi təmin edəcək".
Fuad Hüseynzadə