Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Böyük Qayıdışa həsr olunmuş fotosərgi təşkil olunub

Böyük Qayıdışa həsr olunmuş fotosərgi təşkil olunub


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ("Qaçqınkom") Gülüstan sarayında Böyük Qayıdışa həsr olunmuş fotosərgi təşkil edib.

Bu barədə Newscenter.az-a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, sərgidə məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün aparılan məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı Azərbaycanın tanınmış foto ustalarının çəkdikləri şəkillər nümayiş olunub.

Fotoşəkillər Prezident İlham Əliyevin tapşırığı ilə müvafiq Dövlət Proqramının icrası üzrə Qarabağa və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərini, keçmiş məcburi köçkünlərin həmin ərazilərdə dayanıqlı məskunlaşması və iqtisadi fəaliyyətə inteqrasiyası üçün yaradılan şəraiti, Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan şəxslərə göstərdiyi diqqət və qayğını, Böyük Qayıdışın ilkin nəticələrini, dövlət başçısının işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tədbirlərdə iştirakını işıqlandırır.

Sərgiyə 600 nəfərdən çox ziyarətçi tamaşa edib.

Süleyman
Xəbəri paylaş