İndoneziya paytaxtını dəyişir.
Newscenter.az xarici KIV-ə istinadən bildirir ki, hazırkı paytaxt Cakartanın təbii fəlakətlər, infrastruktur problemləri və qrunt sularından həddindən artıq istifadəsi ucbatından sürətlə “batması” səbəbindən İndoneziyada yeni paytaxta köçmək üçün aparılan işlər başa çatıb.
Bu məqsədlə İndoneziya prezidenti Coko Vidodo Borneo adasındakı Şərqi Kalimantan əyalətində “Nusantara” adlanan yeni paytaxtda tikilməkdə olan ərazilərə baxış keçirib.
Yeni paytaxta köçmənin 80 faiz tamamlandığını bildirən Widodo, gələn aydan etibarən yeni ofisindən işə başlayacağını bildirib.
Qeyd edək ki, 2019-cu ildə elan edilən, lakin Covid-19 epidemiyası səbəbindən təxirə salınan paytaxtın köçürülməsi planının bu il tamamlanacağı gözlənilir.
Fuad Hüseynzadə