Qəzzad 1 milyon insan aclıq səbəbindən ölümlə üz-üzədir.
Newscenter.az xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı belə bir xəbərdarlıq edib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı hesab edir ki, iyulun ortalarına qədər Qəzzada 1 milyondan çox insan ciddi şəkildə həyatla ölüm aasında mübarizə aparacaq.
Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 328-i uşaq, 10 min 171-i qadın olmaqla 36 min 550 fələstinli həlak olub, 82 min 959 nəfər isə yaralanıb.
Mehman Mehdiyev