Qazaxıstanda Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, sammit iyulun 3-4-də Astana şəhərində baş tutacaq.
İclasda təşkilata üzv dövlətlərin rəhbərləri siyasi, ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığın bir çox aktual məsələlərini müzakirə edəcəklər.
Sammitdə müşahidəçi ölkələrin və dialoq üzrə tərəfdaş dövlətlərin başçılarının iştirakı da nəzərdə tutulur.
Fuad Hüseynzadə