Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Su təsərrüfatı işçiləri Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər

Su təsərrüfatı işçiləri Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər


“Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü” peşə bayramı ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Agentliyin kollektivi Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.

Newscenter.az
xəbər verir ki, daha sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib.



Süleyman
Xəbəri paylaş