Müstəqil Dövlətlər Birliyi ölkələrinin təhlükəsizlik konsepsiyası hazırlanacaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, sözügedən məsələ Rusiya və Belarusun Təhlükəsizlik Şurasının katibi arasında keçirilən görüşdə müzakirə olunub.
Belə ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç ilə görüşüb. Görüş zamanı İttifaq Dövlətinin Təhlükəsizlik Konsepsiyası və təhlükəsizlik zəmanətləri haqqında sazişin hazırlanmasının gedişi müzakirə edilib.
Həmçinin, görüş zamanı təhlükəsizlik zəmanətləri üzrə Rusiya-Belarus sazişinin layihəsi müzakirə olunub.
Mehman Mehdiyev