Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-ın sanksiyaları xarici agentlər haqqında qəbul edilmiş qanunu dəyişməyəcək

ABŞ-ın sanksiyaları xarici agentlər haqqında qəbul edilmiş qanunu dəyişməyəcək


ABŞ-ın Gürcüstan rəsmilərinə qarşı tətbiq etdiyi sanksiyalar ölkə rəhbərliyinin xarici agentlər haqqında qanunun qəbulu ilə bağlı qərarını dəyişməyəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.

Kaladze ABŞ hakimiyyətinin qərarını qeyri-ciddi və gülünc yaradan addım kimi xarakterizıə edib. Onun sözlərinə görə, sonuncu dəfə ABŞ-da 2000-ci illərdə “Milan” futbol klubunda çıxış edəndə olub və ora qayıtmaq arzusu yoxdur.

Məlumat üçün qeyd edək ki, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller dünən bildirib ki, Birləşmiş Ştatlar onlarla Gürcüstan vətəndaşına, o cümlədən hökumət, parlament üzvləri və onların qohumları, habelə hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı viza sanksiyaları tətbiq edir.

Mehman Mehdiyev
Xəbəri paylaş