Almanların 40 faizi Fələstinin dövlət kimi tanınmasının tərəfdarıdır.
Newscenter.az Röytersə istinadən bildirir ki, ölkədə keçirilən rəy sorğusunun nəticələri belə deməyə əsas verir.
İsrailin Rəfaha hücumuna görə ona qarşı sanksiyaları dəstəkləyənlərin nisbəti isə 51 faizdir.
YouGov ictimai rəyi araşdırma institutunun keçirdiyi sorğuya görə, ölkədə hər 5 nəfərdən 2-si Fələstinin dövlət kimi tanınmasının tərəfdarıdır.
Rəyi soruşulanların 27 faizi Fələstinin dövlət kimi tanınmasının əleyhinə olsa da, 33 faizi bu məsələdə qərarsız olduqlarını bildirib.
Fuad Hüseynzadə