Türkiyədə kişmiş, ərik və əncirin ixracı 1 milyard dolları keçib.
Newscenter.az Türkiyə İxracatçılar Birliyinə istinadən bildirir ki, toxumsuz kişmiş, ərik və əncirin ixracı mövsüm bitmədən 1 milyard 7 milyon dollara çatıb.
Məlumata görə. Türkiyənin istehsal və ixracatında dünya lideri olduğu toxumsuz kişmiş, quru ərik və quru əncirin ixrac gəlirləri mövsümün əvvəlindən iyunun 3-nə qədər əvvəlki dövrlə müqayisədə 8 faiz artıb.
Məhsulların ixracı isə kəmiyyət ifadəsində 12 faiz azalaraq 328 min tondan 290 min tona düşüb.
Məbləğin azalmasına baxmayaraq, əldə edilən valyutanın həcminin artması dollar ifadəsində orta ixrac qiymətinin 22 faiz artması ilə bağlıdır. Bu məhsulların orta kiloqram ixrac qiyməti 2022/2023 mövsümündə 2,84 dollar olduğu halda, 2023/2024 mövsümündə 3,46 dollara yüksəlib.
Natiq Orucov