Cənubi Koreya prezidenti Yun Seok Yeol Qazaxıstana dövlət səfərinə gəlir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, dövlət başçısı Kasım-Jomart Tokayevin dəvəti ilə Koreya Respublikasının Prezidenti Yoon Seok-yeol bu il iyunun 11-13-də Qazaxıstanda dövlət səfərində olacaq.
Səfər zamanı iki ölkə liderlərinin danışıqlar aparması və Qazaxıstan-Koreya biznes forumunda iştirak etməsi planlaşdırılır. Səfər çərçivəsində bir sıra ikitərəfli sənədlər imzalanacaq.
Fuad Hüseynzadə