Pakistan və Əfqanıstan arasındakı sərhəd-keçid məntəqəsində qarşıdurma olub.
Newscenter.az TASS-a istinadən bildirir ki, baş verən qarşıdurmada azı 40 nəfər yaralanıb.
Məlumata görə, iğtişaşlara səbəb Pakistan hakimiyyətinin pasportu olmayan və etibarlı şəxslərin sərhədi keçməsini qadağan edən qərarına etiraz olaraq “Çaman” keçid məntəqəsində keçirilən yerli sakinlərin tətilində etirazçıların liderinin həbsi olub.
Etirazçılar Bəlucistan əyalətinin paytaxtı Kvetta ilə Əfqanıstanın Qəndəhar şəhərini birləşdirən milli magistral yolu barrikadalarla bağlamağa cəhd ediblər. Qarşıdurma zamanı 17 asayiş keşikçisi də yaralanıb. Qarşıdurmaların 56 iştirakçısı həbs edilib, 20 nəfər rezin güllələrdən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Fuad Hüseynzadə