"Rusiya Qərbdəki aktivlərinin müsadirəsi üçün cavab tədbirləri görəcək".
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
“Əslində, Rusiya ehtiyatlarına dərhal girov statusunun verilməsi planlaşdırılır ki, bundan gələcək mənfəət dərhal qərblilərin əlinə verilməyəcək. Rusiya ehtiyatlarını ələ keçirməyə çalışanlara qarşı mütəmadi olaraq etdiyimiz kimi, bu cür addımlara müvafiq reaksiya verəcəyik”, - deyə diplomat qeyd edib.
Diplomat xatırladıb ki, may ayında Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə ABŞ-ın qeyri-dost hərəkətləri ilə əlaqədar Rusiya və onun Mərkəzi Bankına dəymiş zərərin ödənilməsinin xüsusi proseduru qəbul edilib:
“Oxşar sxem digər dövlətlərə, o cümlədən Avropa dövlətlərinə şamil edilə bilər".
Mehman Mehdiyev