Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Autizm spektri pozuntusu olan və digər davranış problemi olan uşaqlara, onların ailələrinə dəstək” adlı layihənin icrasına start verilib

“Autizm spektri pozuntusu olan və digər davranış problemi olan uşaqlara, onların ailələrinə dəstək” adlı layihənin icrasına start verilib



“Fizioterapiyanın İnkışafına Kömək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 Iyun 2024-cü il tarixindən “Autizm spektri pozuntusu olan və digər davranış problemi olan uşaqlara, onların ailələrinə dəstək” adlı layihənin icrasına start verib.

İctimai birlikdən verilən məlumata görə Layihə 3 ay müddətində (01 iyun-31 Avqust 2024-cü il) icra olunacaq.

Əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların həyatını yaxşılaşdırmaq üçün müasir reabilitasiya (xüsusən müasir fizioterapiya, erqoterapiya, psixologiya və s.) sahəsində öyrədici tədbirlərin təşkili və inkişaf etdirici oyuncaq, avadanlıq, ləvazimat, alət və vasitələrin təbliğidir.
Layihənın tərəfdaşı “Tandem” Ailəyə Dəstək Mərkəzidir.

Layihə autizm spektri pozuntusu əziyyət çəkən, o cümlədən digər həssas qruplara aid edilən şəxslərin sosial-tibbi və psixoloji reabilitasiyası sahəsində təşəbbüsdür.

Nərgiz Əzizova
Xəbəri paylaş