Belçika hökuməti parlament seçkilərinin ardınca istefa versikdən sonra ölkədə hökumət böhranı yaranmağa başlayıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, baş nazir Alkesander De Croo partiyasının yeni hakim koalisiyada iştirak etməyəcəyini deyib.
Bununla belə, De Croo uzun müddət kabinetin başında qalacaq, çünki Belçikada hakim koalisiyanın yaradılması prosesi aylar çəkir və illərlə davam edə bilər. Bütün bu müddət ərzində istefaya göndərilən kabinet öz funksiyalarını yerinə yetirməkdə davam edəcək.
Qeyd edək ki, seçkilərin ilkin məlumatlara görə, bülletenlərin 90%-dən çoxunun hesablanmasından sonra Antverpen meri Bart De Veverin mötədil sağçı Yeni Flaman Alyansı (NVA) partiyası Flandriyada 23,9% səs toplayaraq qalib gəlib. İkinci yerdə daha radikal sağçılar qərarlaşıb.
Fuad Hüseynzadə