Keçən il Qazaxıstan Çinə 12,6 milyon ton məhsul ixrac edib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu göstərici 2022-ci il səviyyəsindən 35% çoxdur. İki ölkə arasında yükdaşımaların həcmi 2022-ci illə müqayisədə 22% artaraq rekord həddə, 28 milyon tona çatıb.
Məlumat üçün qeyd edək ki, Çin Xalq Respublikasında Nəqliyyat Nazirliyinin, biznes şirkətlərinin və digər dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə birinci Qazaxıstan-Çin taxıl forumu keçirilib. Tərəflər iki ölkə arasında ticarət imkanlarını, eləcə də ixrac mallarının çatdırılması şərtlərini müzakirə ediblər.
Fuad Hüseynzadə