Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yunanıstanda Avropa Parlamenti seçkilərində hakim partiya qalib gəlib

Yunanıstanda Avropa Parlamenti seçkilərində hakim partiya qalib gəlib


Yunanıstanda Avropa Parlamenti seçkilərində hakim ND partiyası qalib gəlib.

Newscenter.az bu ölkənin mediasına istinadən bildirir ki, AP-yə 21 millət vəkili göndərmək hüququna malik Yunanıstan qeyri-rəsmi məlumatlara görə, hakim Yeni Demokratiyadan 7, ana müxalifətdəki Radikal Sol Koalisiyasında (SYRIZA) 4, Panhellenik Sosialist Hərəkatından (PASOK) 3, Yunan Həll Partiyasından 2, Yunanıstan Kommunist Partiyasından (KKE) 2, Zəfər Partiyası, Azadlıq Yolu və Ağılın Səsi Partiyasından isə bir deputatla təmsil olunacaq.

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis mətbuata açıqlamasında bazar günü keçirilən Avropa Parlamenti seçkilərində məqsədlərinə çata bilmədiklərini deyib.

Mehman Mehdiyev
Xəbəri paylaş