Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) qərargahını ziyarət edəcək.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, ziyarətdə məqsəd CHP sədri Özgür Özəllə görüşməkdir.
Prezidentin İnformasiya və Kommunikasiya direktoru Fahrettin Altun prezident Ərdoğanla CHP sədrinin təkbətək görüşəcəyini deyib.
Qeyd edək ki, ilk görüş mayın 2-də baş tutub. Ərdoğan Özəli AK Partiya Ümumi Qərargahında qəbul etmişdi.
Anar Əliyev