Türkiyə keçən ay 284 milyon dollarlıq meyvə-tərəvəz ixrac edib.
Newscenter.az Aralıq dənizi Yaşı Meyvə və Tərəvəz İxracatçıları Birliyinə istinadən bildirir ki, sektorun ən çox ixrac etdiyi ölkələr Rusiya, İraq və Almaniya olub.
May ayında keçən ilin eyni dövrü ilə müqayisədə meyvə-tərəvəz ixracı 14 faiz artıb.
İxrac həcmində əhəmiyyətli artım əldə edilən digər ölkələr sırasında Liviya yer alıb. Həmçinin Çexiya və Gürcüstana da ixracda artım baş verib.
Natiq Orucov