Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan və Belarus hərbi arxivlərin açılmasında əməkdaşlıq edəcək

Qazaxıstan və Belarus hərbi arxivlərin açılmasında əməkdaşlıq edəcək


Qazaxıstanla Belarus mövcud arxiv sənədlərinin rəqəmsal formata keçirilməsi ilə bağlı arxiv işi sahəsində qabaqcıl təcrübələrini bir-biri ilə bölüşəcək.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu əməkdaşlıq arxiv sənədlərinin qorunub saxlanmasına, sistemləşdirilməsinə və istənilən məsafəyə tez çatdırılma imkanlarına kömək edəcək.

Qeyd edək ki, razılaşma Belarus Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin direktoru Boris Qorkyavlə Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin rəisi, polkovnik-leytenant Talqat Kuljanbekov arasında keçirilən görüşdə əldə edilib.

Danışıqlar zamanı Böyük Vətən Müharibəsi illərində itkin düşmüş qazaxların axtarışına köməklik məsələləri də müzakirə olunub. Hər iki ölkənin nümayəndələri bu dövrə aid sənədlərin mübadiləsinin mərhum ailələri, axtarış sistemləri və hərbi tarixçilər üçün maraqlı olacağını bildiriblər.

Fuad Hüseynzadə
Xəbəri paylaş