Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səbinə Xasayeva Yeni Yasamalda bir qrup vətəndaşı qəbul edib

Səbinə Xasayeva Yeni Yasamalda  bir qrup vətəndaşı qəbul edib



İyunun 13-də 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva Yasamal rayonun icra hakimiyyəti başçısının 4 saylı sahə inzibatı ərazi dairəsində bir qrup vətəndaşı fərdi qaydada qəbul edərək onların problemlərini dinləyib.

Newscenter.az xəbər verir ki, qəbula gələnlər müxtəlif məsələlərlə əlaqədar qaldırdıqları problemlərin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.

Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə Xasayeva tərəfindən nəzarətə götürülüb.

Qəbulda Yasamal rayonun icra hakimiyyəti başçısının 4 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərhad Hacıyev iştirak edib.

Süleyman

 .
Xəbəri paylaş