Qazaxıstanla Serbiya arasında hərbi sahədə əməkdaşlıq inkişaf etdiriləcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, iki ölkənin hərbi sahədə əməkdaşlıq məsələsi Serbiyanın müdafiə naziri Bratislav Hasiçin Qazaxıstana səfəri zamanı müzakirə edilib.
Xatırladaq ki, bir müddət əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Serbiyaya rəsmi səfəri barədə məlumat yayılıb. Hətta səfərin detallarının Tokayevlə Serbiya prezidenti Aleksandr Vuçiç arasında baş tutan telefon danışığı zamanı müzakirə edildiyi də bildirilir.
Anar Əliyev