Ukrayna Belarusla olan malların gömrük nəzarəti və rəsmiləşdirilməsinə dair sazişdən çıxıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.
“Ukrayna Yalta şəhərində azad ticarət zonasının yaradılması haqqında sazişin iştirakçısı olan dövlətlər arasında daşınan malların gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti proseduru haqqında sazişdən çıxdı".-deyə Melniçok bildirib.
Qeyd edək ki, Ukrayna hakimiyyəti mütəmadi olaraq Rusiya, Belarusiya, Suriya ilə, eləcə də Müstəqil Dövlətlər Birliyi çərçivəsində bağlanmış sazişlərdən çıxdığını elan edir.
Fuad Hüseynzadə