Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Buğda istehsalı artacaq

Buğda istehsalı artacaq


2024-2025-ci məhsul ili üzrə qlobal buğda istehsalında artım baş verəcək.

Newscenter.az xəbər verir ki, bu barədə Aqrar Tədqiqatlar Mərkəzinin Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazar Konyukturasına dair icmalında qeyd olunub.

Bildirilib ki, 2023/2024-cü ilə nəzərən qeyd edilən müddətdə buğda istehsalının 3 milyon ton artaraq 791 milyon ton olacağı proqnozlaşdırılır.

Məcmu təklifin həcm göstəricisinin isə 2023/2024-cü məhsul ili ilə müqayisədə 9 milyon ton azalaraq 1050 milyon ton olacağı gözlənilir.

Qlobal buğda ehtiyatları həcminin 2023/2024-cü məhsul ili ilə də müqayisədə 2024/2025-ci məhsul ilində 3.1% azalacağı və 252 milyon tona enəcəyi proqnozlaşıdırlır. Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq.

Natiq Orucov
Xəbəri paylaş