Dünya üzrə buğda ticarətində azalma müşahidə ediləcək.
Newscenter.az Aqrar Tədqiqatlar Mərkəzinin Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazar Konyukturasına dair icmalına istinadən bildirir ki, dünya buğda ticarətinin 2024/2025-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 2.7% azalaraq 213 milyon ton olacağı proqnozlaşdırılır.
Hesabata əsasən, Çində ilin əvvəlinə olan qalıq həcminin 2023/2024-cü məhsul ili ilə müqayisədə 6 milyon ton azalaraq 133 milyon ton olacağı gözlənilir.
Qara dəniz regionu ölkələri qrupu üzrə isə əvvəlki məhsul ilinə nəzərən 2024/2025-ci məhsul ilində istehsal həcminin 6.4% azalaraq 132.0 milyon ton, ixracın isə 13.5% azalaraq 72.7 milyon ton olacağı proqnozlaşdırılır.
Anar Əliyev