"Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" İctimai Birliyi Qurtuluş Günü və Qurban bayramı ərəfəsində daha bir xeyriyyə aksiyası həyata keçirib. Bu barədə məlumatı Newscenter.az-a İctimai Birliyin sədri Susana Məmmədova verib.
Bildirib ki, rəhbərlik etdiyi təşkilat Qurtuluş Günü və Qurban bayramı ərəfəsində qurban kəsərək aztəminatlı ailələrə. sosial müdafiəyə ehtiyacı olan şəxslərə paylayıb:
"İctimai Birlik olaraq müntəzəm xeyriyyə məqsədli tədbirlər keçiririk. Bu dəfə də qərara gəldik ki, Qurtuluş Günü və Qurban bayramı ərəfəsində aztəminatlı ailələri, sosial müdafiəyə ehtiyacı olan şəxsləri az da olsa sevindirə bilək. Bunun üçün imkanlarımız çərçivəsində qurban kəsərək onları Neftçala rayonun Bankə qəsəbəsi, eləcə də yaxın kəndlərdə sosial durumu o qədər də yaxşı olmayan ailələrə payladıq. Ümumilikdə, 20-yə yaxın ailəyə qurban payları verildi".
Susana Məmmədova deyib ki. rəhbərlik etdiyi təşkilat bu tipli xeyriyyə tədbirlərini bundan sonra da müntəzəm olaraq davam etdirəcək.
Nərgiz Əzizova