Polşa hökuməti ukraynalı qaçqınlar üçün tətbiq etdiyi bəzi güzəştləri aradan qaldırmağı nəzərdə tutur.
Newscenter.az RİA Novosti-yə istinadən bildirir ki, Polşanın hakimiyyət orqanları iyulun 1-dən ukraynalı qaçqınların özəl sektorda yerləşdirilməsi üçün ödənişləri ləğv etmək qərarına gəliblər,
Əvvəllər Ukraynadan olan qaçqınları yerləşdirən vətəndaşlara gün ərzində adambaşına 40 zloti (təxminən 10 dollar) ödənilirdi.
Məlumata görə. qaçqınların özləri üçün 300 zloti (təxminən 75 dollar) məbləğində birdəfəlik ödənişlər də dayandırılacaq.
Polşa Daxili İşlər Nazirliyinin may ayında verdiyi məlumata görə, ölkədə yaşayan 950 mindən çox ukraynalı qeydiyyatdan keçib. BMT-nin hesablamalarına görə, ilin sonuna qədər Polşada 1,1 milyon qaçqın olacaq.
Fuad Hüseynzadə