Rusiya Prezidenti Vladimir Putin Vyetnamda səfərdədir.
Newscenter.az TASS-a istinadən bildirir ki, Vyetnamın Hanoy şəhərində Rusiya-Vyetnam danışıqları başlayıb.
Bildirilir ki, Rusiya Prezidenti Vladimir Putin və Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ikitərəfli danışıqlar gedir.
Görüş Hanoyda Prezident Sarayının Böyük zalında keçirilir. Danışıqlar başlamazdan əvvəl liderlər ənənəvi olaraq arxa planda dövlət bayraqları ilə əl sıxaraq fotolar çəkdiriblər.
Rusiya tərəfdən danışıqlarda xarici işlər naziri Sergey Lavrov, baş nazirin müavini Dmitri Çernışenko, prezidentin mətbuat katibi Dmitri Peskov və başqaları iştirak edir.
Fuad Hüseynzadə