Avropa İttifaqının səfirləri Rusiyaya qarşı 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Newscenter.az TASS-a istinadən bildirir ki, hələlik yeni sanksiyalar paketində Rusiyaya qarşı hansı tədbirlərin həyata keçirilcəyi barədə açıqlama verilmir.
Yalnız o bildirilir ki, 14-cü sanksiya paketi əvvəlki sanksiyaların effektivliyini artırmaq üçün tədbirlərin görülməsi və boşluqların aradan qaldırılmasını özündə ehtiva edir.
Fuad Hüseynzadə