Keçən il Türkiyənin təbii qaz idxalında azalma qeydə alınıb.
Newscenter.az Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumuna (EPDK) istinadən verdiyi xəbərə görə, təbii qaz idxalı keçən il 7,64 faiz azalıb. Nəticədə idxal 50,48 milyard kubmetr təşkil edib.
2022-ci ildə isə təbii qaz idxalının həcmi 54 milyard 661 milyon 670 min kubmetr olub.
Ötən il təbii qaz idxalının 66,39 faizi uzunmüddətli idxal lisenziyası çərçivəsində, 33,61 faizi isə spot əsasında həyata keçirilib.
Anar Əliyev