Cari ilin ilk 5 ayında İraq Türkiyə mallarının ən çox ixrac edilən 5-ci ölkəsi olub.
Newscenter.az trthaber-ə istinadən xəbər verir ki, sözügedən dövrdə Türkiyənin ən çox ixrac etdiyi ölkələr Almaniya, ABŞ, İtaliya və Böyük Britaniya olub. Almaniyaya 7,6 milyard dollar, Böyük Britaniyaya 4,9 milyard dollarlıq ixrac edilib.
İlin 5 ayında taxıl, paxlalı bitkilər, yağlı bitkilər və məhsullar sektoru 931,6 milyon dollarla İraqa ən çox ixracat edib.
455,2 milyon dollarlıq mebel, kağız və meşə məhsulları, 448,9 milyon dollarlıq kimya və məmulatlar, 280,4 milyon dollarlıq elektrik və elektronika sektoru, 267,4 milyon dollarlıq su məhsulları və heyvan mənşəli məhsullar satılıb.
İraqa ən çox ixrac İstanbuldan edilib
Yanvar-may dövründə İraqa ən çox ixracat 1,3 milyard dollarla İstanbul mərkəzli şirkətlər tərəfindən edilib.
İstanbulu 721,2 milyon dollarla Qaziantep, 305,3 milyon dollarla Mardin, 264,9 milyon dollarla Şırnak, 254,7 milyon dollarla Mersin izlədi.