Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

NATO-ya qarşı yeni blok formalaşır

NATO-ya qarşı yeni blok formalaşır


Uzun illərdir ki, Şimali Atlantika Alyansına alternativ bir qurumun yaradılması ətrafında fikir mübadiləsi aparılır. Bu prosesdə isə daha çox Rusiya və Çinin adı hallanır. Son vaxtlar ikincinin bu istiqamətdəki fəallığı artmaqdadır. Elə politoloq Elxan Şahinoğlu da bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə, politoloq deyib ki, NATO ilə Çin arasında gərginlik artıb. Onun sözlərinə görə, NATO baş katibi Yens Stoltenberq davamlı olaraq Çini Ukraynada işğalçı müharibə aparan Rusiyaya dəstək verməkdə ittiham edir:

"Stoltenberq hesab edir ki, Çin bu dəstəyə görə, beynəlxalq aləm qarşısında məsuliyyət daşıyır. Stoltenberqin fikrincə, Pekin “iki stulda oturmağa çalışır”. NATO baş katibinin nəyi nəzərdə tutduğu aydındır. Pekin həm Rusiya ilə strateji tərəfdaşlığını gücləndirir, həm də Avropa ölkələri ilə iqtisadi və ticarət ələqələrini üst səviyyədə saxlamağa çalışır. Stoltenberq bunun uzun çəkməyəcəyi qənaətindədir. Bu açıqlamaya baxmayaraq, Pekin hələ ki, balanası qorumağa müvəffəq olur. ABŞ-dan fərqli olaraq Avropa dövlətləri Çinlə ticarət əlaqələrini davam etdirməkdə maraqlıdırlar".

Politoloq qeyd edib ki, Avropa dövlətlərinin bir qismi Çinə qarşı sanskiya tətbiqidindən ehtiyat edirlər:

"Halbuki, Stoltenberqin fikrincə, Çin müxtəlif texnologiyalarını Rusiya ilə bölüşür. Buna misal olaraq Çinin Rusiyaya miktoelektronika məhsullarının satdığı göstərilir. Rusiya bundan raketlərin istehsalı üçün istifadə edir. Şimali Atlantika Blokunu həm də narahat edən Çinin Rusiya, İran və Şimali Koreya blokuna qoşulmasıdır. Əgər rəsmi Pekin Rusiya-Ukrayna müharibəsiylə bağlı ethiyatlı açıqlamalara üstünlük verirsə, Şimali Koreya açıq-aşkar Kremlin qonşu dövlətə qarşı müharibəsini dəstəkləyir.

Bu arada, Stokholm Sülh Araşdırmaları İnstitutunun hesabatına görə, Çin il ərzində nüvə başlıqlarının sayını xeyli artırıb. Bu onunla bağlıdır ki, Çin lideri Tsi Cinpin ölkə ordusunu modernləşdirir. Bunun davamı kimi Çin Rusiya və ABŞ-la müaayisədə nüvə arsenalını sürətlə artırmağa qərar verib".

Elxan Şahinoğlu deyib ki, 2023-cü ilin əvvəlində Çinin 410 nüvə başlığı var idisə, 12 ay ərzində bu rəqəm 500-ə çatıb:

"Bu məlumatı “The Times” dərgisi Stokholm Sülh Araşdırmaları İnstitutunun hesabatına əsaslanaraq yayıb. Buna baxmayaraq, Çin nüvə başlıqlarının sayına görə, Rusiya və ABŞ-ın gerisindədir. Rusiya 4.300, ABŞ isə 3.700 nüvə başlığına malikdir. Çin getdikcə bu geriləməni azaltmağa çalışır. Bu ölkədə qitələrarası ballistik raketlərin nüvə başlıqalrı ilə təminatı prosesi sürətlənib. Çin ilk atom bombasını 1964-cü ildə sınaqdan keçirib. Bu ildən başlayaraq Çin nüvə dövlətinə çevrilib. Çinin 3 qonşusu – Hindistan, Pakistan və Şimali Koreya da nüvə dövlətləridir".

Anar Əliyev
Xəbəri paylaş