Zəngilanda Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu başlayıb.
Newscenter.az xəbər verir ki, tədbir Zəngilan Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə keçirilir.
Forumda Azərbaycanda fəaliyyət göstərən 200-ə yaxın qeyri-hökumət təşkilatının nümayəndəsi, media təmsilçiləri, ictimai xadimlər iştirak edirlər.
Tədbirdə "Azərbaycan QHT-ləri: nəticələr və hədəflər", "Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları", "COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı" mövzularında panel müzakirələr keçiriləcək.
Forum iki gün davam edəcək.(report)