Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan İdman Akademiyasından türk dünyası gəncləri üçün təqaüdlü magistr proqramı

Azərbaycan İdman Akademiyasından türk dünyası gəncləri üçün təqaüdlü magistr proqramı


Azərbaycan İdman Akademiyası Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi üzv ölkələrin vətəndaşları üçün təqaüdlü magistratura proqramına başlayıb.

Newscenter.az xəbər verir ki, “Mergen” adlı proqram çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan və müşahidəçi ölkələr Macarıstan, Şimali Kipr Türk Respublikası (ŞKTC) və Türkmənistan vətəndaşları Azərbaycan İdman Akademiyasında təqaüdlə magistratura təhsili alacaqlar.

Proqram çərçivəsində idman jurnalistikası, idman menecmenti, idman tibb və reabilitasiya sahələrində ali təhsildən sonrakı təhsil veriləcək.

Dərslər Azərbaycan və ingilis dillərində aparılacaq, proqrama qəbul olunacaq şəxslərin təhsil və yaşayış xərcləri Azərbaycan İdman Akademiyası tərəfindən qarşılanacaq.

2024-2027-ci illəri əhatə edəcək proqrama 2024-2025-ci tədris ili üçün müraciətlər 31 iyul 2024-cü il tarixinədək https://portal.edu.az/ saytından edilə bilər.

Natiq Orucov
Xəbəri paylaş