Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cari ilin 5 ayında Türkiyəyə 17 milyondan çox insan səfər edib

Cari ilin 5 ayında Türkiyəyə 17 milyondan çox insan səfər edib


2024-cü ilin ilk 5 ayında Türkiyəyə 17 milyondan çox insan səfər edib.

Newscenter.az Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən bildirir ki, yanvar-may aylarında Türkiyəyə 15 milyon 784 min 213 əcnəbi, 2 milyon 24 min 865 xaricdə yaşayan Türkiyə vətəndaşı səfər edib.

Beləliklə, ziyarətçilərin ümumi sayı 17 milyon 809 min 78-ə çatıb. Bu dövrdə xarici ziyarətçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,47 faiz artıb.

May ayında Türkiyəyə gələn xarici ziyarətçilərin sayı keçən ilin eyni ayına görə yüzdə 14 artaraq 5 milyon 130 min 119-a çatıb. Qeyd edilən müddətdə Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələr siyahısında Rusiya Federasiyası 15,32 faiz artım və 739 min 17 ziyarətçi ilə birinci yerdə qərarlaşıb.

Sonrakı yerləri isə 729 min 505 nəfərlə Almaniya və 550 min 592 ziyarətçi ilə Böyük Britaniya tutub.

Natiq Orucov
Xəbəri paylaş