Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzzada 21 minə yaxın uşaq itkin düşüb

Qəzzada 21 minə yaxın uşaq itkin düşüb


İsrailin Qəzzaya hücumları nəticəsində 21 min fələstinli uşaq itkin düşüb.

Newscenter.az xəbər verir ki, bu barədə Böyük Britaniyada yerləşən beynəlxalq qeyri-hökumət təşkilatı olan Save the Children məlumat yayıb.

Təşkilatın yaydığı məlumatda qeyd edilib ki, onların dağıntılar altında qaldığı, yaxud kütləvi məzarlıqlarda basdırıldığı ehtimal edilir

Save the Children təşkilatının verdiyi açıqlamada, İsrailin Qəzzanın cənubundakı Rəfahda artan hücumları səbəbiylə ailələrindən ayrılan uşaqların sayının artdığı, müdafiəsiz uşaqları qoruyanlara təzyiq edildiyi bildirilib.

Bildirilir ki, bu günə qədər həlak olan 15 mindən çox uşağın şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Fuad Hüseynzadə
Xəbəri paylaş